Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Təslim olma: Rafael Ağayev zədəli ola-ola finala çıxdı - ÖZƏL FOTO
Beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, pakistanlı Sədi Qulam Abbasla ilk görüşün ortalarında hesab 4:2 olarkən çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib.
Yarımfinalda iranlı Əli Əsgər Asyabari ilə görüşdə sifətindən daha bir zədə alan karateçimiz sabah finalda turnirin favoritlərindən sayılan Ken Nishimura (Yaponiya) ilə qarşılaşacaq. Xatırladaq ki, Rafael ötən il bu yarışın finalında son saniyədə ehtiyatsızlığı üzündən məhz bu rəqibinə 1:2 hesabı ilə uduzub qızıl medalı əldən vermişdi.
Daha üç idmançımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansını əldən veriblər. Bu gün daha on idmançımız mübarizəyə qatılacaq.
Səbuhi MUSAYEV
"Fransa" teqi üzrə xəbərlər
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb