Azərbaycanlı şahmatçı Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun finalında ilk görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, çinli Liren Dinqlə baş tutan ilk görüş heç-heçə başa çatıb.
Teymur Rəcəbovun ağ fiqurlarla oynadığı ilk partiyada tərəflər sülh bağlayıb.
Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də yekunlaşacaq.
12:05
Bu gün Rusiyanın Xantı-Mansisyk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşünün ilk partiyası baş tutacaq.
Oxu.Az xəbər verir ki, hazırda FIDE reytinqində 2758 xalla XV sırada olan Teymur Rəcəbov 2811 xalla dünyanın III şahmatçısı olan çinli Liren Dinqlə qarşılaşacaq.
Qeyd edək ki, hər iki şahmatçı finala çıxmaqla artıq gələn il keçirilən şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanıb.
Səbuhi Musayev
Rəylər