Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“The Best”: Azərbaycan millisinin sabiq baş məşqçisinin seçimi müəyyənləşib
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.
“Report”un məlumatına görə, yığmanın çalışdırıcısı qismində səs verən italiyalı mütəxəssis İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holandı 2023-cü ilin ən yaxşısı hesab edib.
O, fransalı Kilian Mbappeni (PSJ, Fransa) ikinci, portuqaliyalı Bernardo Silvanı (“Mançester Siti”) üçüncü yerə layiq görüb.
De Byazinin fikrincə, ilin ən yaxşı məşqçisi “İnter”ə (İtaliya) rəhbərlik edən həmyerlisi Simone İnzaqidir. İngiltərə Premyer Liqasını və UEFA Çempionlar Liqasını qazanan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ikinci pillədə göstərilib. De Byazi ilk üçlüyün son “sakini” qismində digər həmyerlisi olan İtaliya millisinin çalışdırıcısı Luçano Spallettinin adını yazıb.
67 yaşlı çalışdırıcının ən yaxşı qapıçı ilə bağlı seçimi də maraq doğurub. Belə ki, o, sonuncu oyununu 2023-cü ilin iyununda keçirən belçikalı Tibo Kurtuanı (“Real”, İspaniya) ilin qapıçısı adına layiq görüb. “Mançester Yunayted”in (İngiltərə) kamerunlu qolkiperi Andre Onana ikinci, “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) mərakeşli dəri əlcək sahibi Yassin Bunu isə üçüncü pillədə göstərilib.
Qeyd edək ki, Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər