Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Evian sakinləri: “Şəhərimizdə Natəvanın heykəlinə qarşı vandallıq yolverilməzdir” - FOTO/VİDEO
İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bon şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış 19-cu əsrin böyük şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də olduqca narahat edib.
“Report”un Fransa bürosuna danışan şəhər sakinlərindən biri şairin heykəlinə olunan vandalizm əməlinin onu çox məyus etdiyini deyib: “Heykəlin büküldüyünü gördükdə əvvəlcə səbəbini anlamadım. Sonradan öyrəndim ki, heykəl vandalizmə məruz qalıb. Bundan çox məyus oldum. Bu xanım şair olub, eyni zamanda o dövrün qabaqcıl insanlarından olub, o dövrdə hətta şahmat belə oynamağı bacarıb. Belə bir şəxsiyyətin heykəlinə bu hərəkəti etmək qalmaqallı bir işdir”.
O, yaşadığı şəhər üçün təəssüfləndiyini bildirib: “Bu gün Fransada vandalizmə əl atanlar çoxalıb. Belə ki, insanlar bir-birlərinin fikri ilə razılaşmadıqları halda vandalizm əməllərinə əl atırlar. Belə hallar yolverilməzdir. Bu qadının heykəlinə hörmətlə yanaşılmalıdır. Biz axı Evianda yaşayırıq. İsveçrənin iki addımlığındayıq. Evian şəhəri üçün heyiflər olsun”.
Şəhərin digər bir sakini qeyd edib ki, hadisə onun eyvanının altında baş verib: “Düz mənim balkonumun qarşısında baş verən bu hadisə məndə böyük kədər hissi doğurur. Heykələ qarşı pis rəftar olunub. Belə ki, burnu sındırılıb, üzərinə boya tökülüb. Bu, yolverilməzdir və biz bu gün bu hadisəni böyük təəssüflə qarşılayırıq. Çünki Evian hər zaman sakit şəhər olub. Bu gün bu hadisənin baş verməsi şəhərimizə yaraşmır. İkincisi də, bu heykəl iki ölkə arasında dostluq rəmzi idi. Bu gün bu heykəlin bu hala salınması şəhər sakini kimi məni çox utandırır”.
Məsələyə münasibət bildirən Evian şəhərinin digər bir sakini isə Azərbaycan şairinin heykəlinə qarşı olunan bu vandalizm əməlinin yolverilməz olduğunu qeyd edib.
“Hamı bir-birinin fikrinə hörmətlə yanaşmalıdır. İnsanlar bir-birlərinin siyasi fikirlərinə, din müxtəlifliyinə tolerantlıq nümayiş etdirməlidirlər. Sındırmaq, dağıtmaq lazımsızdır. Sonra bu sındırılan ictimai əmlakı bərpa etmək, düzəltmək, xərcini ödəmək lazım gəlir. Mənim şəhərimdə baş verən bu hadisədən çox məyusam”.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
- Türkiyəli iş adamı Fransada futbol klubu aldı
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu