Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tibo Kurtuanın qeyri-qanuni oğlu küçəyə atıla bilər
"Real Madrid" klubunun qapıçısı Tibo Kurtuanın qeyri-qanuni oğul övladını dünyaya gətirən qadın ipoteka borclarına görə evsiz qala bilər.
Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 7 yaşlı Enzonun anası, 50 yaşlı Elza İzak Londonda rütubət və kif səbəbindən dağılan evdə yaşadığını söyləyib.
Qadın 63 000 funt-sterlinq borcunun evdən çıxarılma təhlükəsi olduğunu bildirib. "Evimiz dağılır. Biz daha belə yaşaya bilmərik", - deyə Elza bildirib
Həftədə 240 min maaş alan Kurtua isə Madriddə dəbdəbəli həyat sürür.
Qadının belçikalı futbolçu ilə eşq macərası 2014-cü ildə, o, "Çelsi"yə keçdikdən sonra Londonda başlayıb. Üç ildən sonra cütlüyün bir oğlu dünyaya gəlib. Həmin vaxt İzak "Versace" moda evində dizayner işləyirdi.
2020-ci ildə məhkəmə Kurtuanı aliment ödəməyə məcbur edib, lakin qadının sözlərinə görə, bu pul kifayət deyil:
"Qorxuram ki, bank evimizi alsın. Oğlu belə şəraitdə yaşamaq məcburiyyətində qalan Tibonun şəxsi təyyarələrdə uçaraq yaxtalarda istirahət etməsi xoş deyil. O, oğlunun saxlanmasına bir az da çox xərcləyə bilərdi".
Qeyd edək ki, Kurtua özü hələlik bu vəziyyətə münasibət bildirməyib.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Kilian Mbappe debüt mövsümündə 29 qol vuran ilk fransalı oldu
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
- UEFA Çempionlar Liqası tarixinin ən yaxşı qapıçısı kimdir?
- "Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub
- İspaniya La Liqası: "Real Madrid" lider "Barselona" ilə xalları bərabərləşdirdi