Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA - 11.03.2025
Martın 11-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
"Faktiki hava" teqi üzrə xəbərlər
- Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək? - 10.03.2025
- Ölkə ərazisində hava yağmursuz keçib - FAKTİKİ HAVA - 07.03.2025
- Qarlı hava şəraiti nə vaxtadək davam edəcək? - 27.02.2025
- Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA - 26.02.2025
- Bakıda və bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA - 20.02.2025
Ən çox oxunanlar