Dünyanın tanınmış “Goal.com” saytı İngiltərə yığması ilə bağlı maraqlı animasiya çarxı hazırlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, çarxda ingilis futbolçuların Dünya Çempionatlarındakı oyunlarında başlarına gələn hadisələr əks olunub.
Azərbaycanlı hakim Tofiq Bəhramovun da yer aldığı videoda 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalındakı qərarı əks olunub. Animasiyada İngiltərə komandasının lehinə qərar verən T.Bəhramov Uembley stadionunda toplaşmış 98 min azarkeşi sevindirir.
Çarxda Maradonanın 1986-cı ildə İngiltərə qapısına əl ilə vurduğu qol da yaddan çıxmayıb. Videoda argentinalı “Tanrının əli” adlandırdığı qolu vurduqdan sonra özünü mələk kimi göstərir.