1966-cı ildə İngiltərə milli komandasının heyətində dünya çempionluğunu bayram edən futbolçu Norman Hanter koronavirusdan vəfat edib.
REN TV xəbər verir ki, bu barədə İngiltərənin “Lids” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.
76 yaşlı keçmiş futbolçu yeddi gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Norman Hanter mərkəz müdafiəçisi mövqeyində çıxış edib.
Məlumat üçün qeyd edək ki, Norman Hanter 1966-cı ildə azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar zamanı meydanda olub və İngiltərə ilə dünya çempionluğunu qazanıb.