Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxıb.
Oxu.Az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən "UFC Fight Night" turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.
Bu onun UFC-də çıxdığı 3 döyüşdə ardıcıl ikinci qələbəsidir.
Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. Belqraddakı uğurdan sonra Musayev peşəkar MMA karyerasında 24-cü qələbəsini əldə edib.