Azərbaycanlı qarışıq döyüş növləri (MMA) idmançısı Tofiq Musayev ABŞ-ın “Bellator” şirkəti ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, razılaşmaya əsasən, idmançı 18 ay ərzində 4 döyüş keçirəcək.
Tofiq Musayev, the former RIZIN tournament champion who at one point had won 14 straight, has signed with Bellator, per sources. He is 18-4 and from Azerbaijan.
— Ariel Helwani (@arielhelwani) January 10, 2022
He’ll compete in their 155 division. Debut TBD.
Qeyd edək ki, “Bellator” MMA sahəsində dünyanın UFC-dən sonra ikinci məşhur turniri sayılır. Burada rusiyalı Fyodor Yemelyanenko kimi məşhur döyüşçü çıxış edir.
Xatırladaq ki, Tofiq Musayev 2019-cu ildə Yaponiyada Rizin Qran Prisinin kəmərini qazanmaqla məşhurluq qazanıb.