Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı.
Oxu.Az xəbər verir ki, o, 200 metr məsafəyə qaçışda yarımfinalda 6-cı yeri tutaraq, finala çıxmaq şansını qaçırıb.
09:48
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Oxu.Az-ın məlumatına görə, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində finişə 20.54 saniyəyə ikinci çatıb və yarımfinala yüksəlib.
Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.
