Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Toral Bayramov "Qarabağ"dan ayrıla bilər
"Qarabağ"ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat paylaşılıb.
Qara dəniz təmsilçisinin azərbaycanlı sol cinah müdafiəçisini canlı izlədiyi və onun performansını bəyəndiyi bildirilir. "Trabzonspor"un yanvar ayında Azərbaycan milli komandasının üzvünü transfer etmək üçün cəhd edəcəyi gözlənilir.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Toral Bayramov xanımına BAHALI AVTOMOBİL hədiyyə edib
- Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəldi
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb