"Zirə"nin UEFA Konfrans Liqasının 2026/27 mövsümündə mübarizə aparacağı II təsnifat mərhələsi üzrə ehtimal edilən rəqiblərinin adlarına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunun müqavimətini qıra bilsə, növbəti raundda "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün güclüsü ilə yaşıl meydanda münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsini əhatə edən qarşılaşmaların iyul ayının 23-də və 30-da təşkili planlaşdırılır.