İngiltərə Premyer Liqasında 23-cü turun “Fulhem” – “Tottenhem” oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, liqada qalmaq uğrunda mübarizə aparan meydan sahibləri 17-ci dəqiqədə Lyorentenin öz qapısına vurduğu qolla fasiləyə minimal üstünlüklə yollanıblar.
Dele Allinin 51-ci dəqiqədə vurduğu qolla londonlular hesabı bərabərləşdirə biliblər. Qonaqlar qələbə qolunu oyuna əlavə olunmuş dəqiqələrdə vurublar. Vinksin dəqiq zərbəsi ilə 2:1 hesablı qələbə qazanan “Tottenhem” 51 xalla liqada üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Fulhem”in “Beşiktaş”dan transfer etdiyi Ryan Babel 2967 gün sonra Premyer Liqada ilk oyununa çıxıb.