İtaliya millisinin "Nyukasl Yunayted"də çıxış edən yarımmüdafiəçisi Sandro Tonali karyerasını "Tottenhem"də davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə London klubu rəsmi məlumat yayıb.
Mediada yayılan xəbərlərə görə, Tonalinin keçidi "Tottenhem"ə 117 milyon avroya başa gəlib. Bununla da italiyalı oyunçu London təmsilçisinin tarixində ən bahalı transfer olub.
Qeyd edək ki, Tonali 2023-cü ilin yayından etibarən "Nyukasl"ın formasını geyinirdi. Ötən mövsüm italiyalı futbolçu "sağsağanlar"ın heyətində bütün turnirlərdə 53 oyuna çıxaraq, üç qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçu İngiltərə Premyer Liqa təmsilçisinə "Milan"dan 60.8 milyon avro qarşılığında transfer olunmuşdu.