Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Tottenhem" Vernerlə bağlı yekun qərarını verdi
"Tottenhem" "Leypziq"dən icarəyə götürdüyü Timo Vernerlə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, Premyer Liqa klubu alman hücumçunun transfer hüququna yiyələnməyəcək. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Tottenhem"in məşqçilər korpusu Vernerin çıxışından məmnun deyil. Paytaxt klubu 28 yaşlı forvard üçün 8.5 milyon funt-sterlinqlik satınalma bəndini işə salmayacaq. Futbolçu yayda "Leypziq"ə qayıdacaq.
Qeyd edək ki, "Tottenhem" Timo Verneri ötən ilin yanvar ayında icarəyə götürüb. Almaniya millisinin sabiq üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.
"Tottenhem FK" teqi üzrə xəbərlər
- Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar
- Erlinq Holand 21 illik rekorda şərik çıxdı
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- UEFA Avropa Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq