Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Tottenhem” yeni baş məşqçisini açıqladı
“Tottenhem” yeni baş məşqçisini açıqlayıb.
İngiltərə Premyer Liqası klubunun rəsmi saytının yaydığı məlumata görə, bu posta Angelos Postekoqlu təyin olunub.
58 yaşlı avstraliyalı mütəxəssis londonlularla 4 illik müqavilə imzalayıb. Şotlandiya klubu “Seltik”dən ayrılan Postekoqlu bu postda Rayan Meysonu əvəzləyib.
Qeyd edək ki, “Tottenhem” 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 8-ci yeri tutub.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar