Bu gün Tour d'Azerbaidjan-2014-də sonuncu, 5-ci mərhələyə start verilib. İştirakçılar Azadlıq Meydanından start götürməklə paytaxt və Abşeron yarımadasının küçələri ilə 6 dövrə vurmaqla ümumilikdə 202 km məsafə qət edəcəklər.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, mərhələ Hökumət Evinin qarşısında başa çatacağı gözlənilir.