Türkiyənin “TRT Spor” telekanalı Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın “Sabah” klubunun qonağı olub.
Oxu.Az xəbər verir ki, telekanal komandanın axşam məşqindən reportaj hazırlayıb.
Reportaj çərçivəsində baş məşqçi Elşad Əhmədov və kapitan Cavid İmamverdiyevdən müsahibə alınıb.