Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının X turunda rekorda imza atıb
"Turan Tovuz" Azərbaycan Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub. Bu, X turun "Sumqayıt"la matçına təsadüf edib.
Oxu.Az xəbər verir ki, Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.
Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.
"Turan Tovuz" tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə "Neftçi"ni, ötən çempionatda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.
"Turan Tovuz FK" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubunun rəsmisi: "AFFA-nın qərarı ilə bağlı mövzuya rəy bildirməyəcəyik"
- Misli Premyer Liqasında mövsümün antirekordu – Cəmi 1470 azarkeş, 20 sarı vərəqə
- Premyer Liqa: "Zirə" "Kəpəz"ə qalib gəldi
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- AFFA-dan "Turan Tovuz"a bəyanatı ilə bağlı XƏBƏRDARLIQ
Ən çox oxunanlar