"Zirə" klubu "Turan Tovuz"dan ayrılan futbolçu ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qartallar" Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Leninqradets", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnu", "Ximki" və ölkəmizdə "Turan Tovuz" klublarında çıxış edib.

"Turan Tovuz" oyunçusu Ayxan Hüseynovla yollarını rəsmən ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçinin klubla olan müqaviləsinin müddəti başa çatıb və tərəflər arasında yeni sözləşmənin imzalanmamasına qərar verilib.
Xatırladaq ki, "Turan Tovuz"la vidalaşan Ayxan Hüseynov həm də futbol üzrə Azərbaycan milli komandasının üzvüdür.