Mövsümlərarası fasilədə heyətinə əl gəzdirməyi planlaşdıran "Turan Tovuz"un "elçi" düşdüyü futbolçulardan biri məlumdur.
Oxu.Az "Sport24"ə istinadən xəbər verir ki, Qərb təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
"Bozqurdlar"ın baş məşqçisi Kurban Berdıyev 2024/25 mövsümündə "Səbail"in formasını geyinmiş Suleyman Alluşun xidmətində maraqlıdır. Mənbəmizin sözlərinə görə, artıq iki klub arasında bu məsələ ilə bağlı danışıq olub. "Dənizçilər" niderlandlı futbolçunu tovuzlulara icarə verməyə razıdır.
Qeyd edək ki, əslən Mərakeşdən olan vinger 2024-cü ilin qışında paytaxt təmsilçisi ilə anlaşıb. O, Niderlandın U-17 yığması ilə Avropa çempionu olub.