Mövsüm hələ başa çatmasa da, "Turan Tovuz"da "yarpaq tökümü" başlayıb.
Oxu.Az "Sport24"ə istinadən xəbər verir ki, "boz qurdlar" artıq 2 futbolçu ilə yolları ayırıb.
Kluba yaxın mənbədən verilən məlumata görə, baş məşqçi Kurban Berdiyev müdafiəçilər Sadiq Quliyevdən və Eltun Turabovdan məşqlərə qatılmamalarını istəyib.
Qeyd edək ki, həm Quliyevin, həm də Turabovun klubla müqaviləsi gələn ay başa çatır. Sadiq cari mövsümdə 1, Eltun isə 6 oyunda meydana çıxıb.