"Turan Tovuz" yerli mediada Kurban Berdıyevin klub rəsmilərinin zənglərinə cavab verməməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mövsümün başa çatmasına baxmayaraq, baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır.
Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir", - deyə məlumatda qeyd olunur.