İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Karakasa səfəri çərçivəsində Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb.
"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Qalibaf Venesuela prezidentinə SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin heykəlini hədiyyə edib.
Hədiyyəni Maduroya generalın ailəsi göndərib.
Qeyd edək ki, Məhəmməd Baqir Qalibafın Venesuelaya səfəri iki gün çəkib.