"İranın neft sata bilmədiyi bir regionda heç kim neft sata bilməyəcək və ölkəsinin təhlükəsizliyi təmin edilməsə, heç bir infrastruktur təhlükəsizlikdə olmayacaq".
Oxu.Az İRNA agentliyinə istinadən xəbər verir ki, İranın İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu fikirləri parlamentin bu gün keçirilən iclasında səsləndirib.
"ABŞ prezidenti bu yaxınlarda Hörmüz boğazı və gəmilərin bu boğazdan keçidi ilə bağlı açıqlamalar verib ki, bu da onun əvvəlki iddialarının təkrarıdır. Həm ABŞ, həm də digər ölkələr bilsinlər: əvvəllər də vurğuladığımız kimi, bizim neft sata bilmədiyimiz bölgədə heç kim neft sata bilməyəcək və əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur təhlükəsiz qalmayacaq", - deyə Məclis spikeri qeyd edib.