İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" biraylıq hazırlıq prosesini bu gün yekunlaşdıracaq.
Oxu.Az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda toplanışı yoxlama oyunu ilə tamamlayacaq.
Qərb təmsilçisi son matçda Mərakeş təmsilçisi "Vidad"la qüvvəsini sınayacaq. Oyunun startı saat 18:00-a planlaşdırılır.
Qeyd edək ki, "Turan Tovuz" futbolçuları hazırlıq çərçivəsində Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) komandaları ilə heç-heçə edib, Albaniya təmsilçisi "Flamurtari"yə isə 0:1 hesabı ilə uduzub.