Bu gün baş tutacaq Türkiyə-Uels qarşılaşmasını azarkeşlər səbirsizliklə gözləyirlər.
“Demirören Haber Ajansı” Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün həyəcanını yaşayan Türkiyə azarkeşlərinin sevincinin görüntülərini yayıb.
Forma və bayraqlarla küçələrə çıxan azarkeşlər Bakını ağ-qırmızı rəngə bürüyüblər.