Türkiyə Super Liqasının XXV turunun “Trabzonspor” və “Qazişehir Qaziantep” klublarının görüşündə maraqlı hadisə yaşanıb.
Belə ki, “Trabzonspor”un yarımmüdafiəçisi Badu Ncay baş məşqçidən klub yoldaşı vasitəsilə göstəriş alıb. Seneqallı oyunçu onu oxuduqdan sonra atmaq əvəzinə, vərəqi yeyib.
Trabzonsporlu Ndiaye, Hüseyin Çimşir’den gelen taktik kağıdını okuduktan sonra kimsenin görmemesi için yedi 👀 #SüperLig pic.twitter.com/4BKyLknL0P
— beIN SPORTS Türkiye (@beINSPORTS_TR) March 7, 2020
Lakin məşqçidən aldığı göstəriş də Badu Ncaya kömək etməyib. O fərqlənməyərəq, meydanı 61-ci dəqiqədə tərk edib.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.