Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə Kuboku: "Qalatasaray"ın finaldakı rəqibi bəlli oldu
Türkiyə Kubokunun yarımfinal oyununda "Trabzonspor" doğma azarkeşləri önündə "Göztəpə"ni 2-0 hesabı ilə məğlub edərək finala adını yazdırıb.
Oxu.Az xəbər verir ki, "Papara Park"da keçirilən görüşün birinci hissəsi qolsuz başa çatıb. "Trabzonspor" yalnız 78-ci dəqiqədə hesabı açıb. Ozan Tufan klassik vuruşla meydan sahiblərini önə keçirib. 89-cu dəqiqədə isə Zubkov fərqi artırıb.
Bu nəticə ilə qaradənizlilər Türkiyə Kubokunda finala yüksələrək həlledici oyunda əzəli rəqibi "Qalatasaray"la qarşılaşacaqlar.
Kubok finalı 14 may çərşənbə günü keçiriləcək.
"Trabzonspor FK" teqi üzrə xəbərlər
- "Qalatasaray" tacından azarkeşlərin ürəyinə düşən ulduz - Fernando Muslera
- Türkiyə Kubokunun sahibi məlum oldu
- "Qalatasaray" - "Trabzonspor" matçını idarə edəcək hakimlər bəlli oldu
- Vüqar Bağırov: "Xəyallarımdan biri "Ayaks" və ya "Barselona"da oynamaqdır"
- Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla qayıdır
Ən çox oxunanlar