FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
Oxu.Az xəbər verir, mayın 31-də Antalya şəhərində Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, bu, Türkiyə millisinin AVRO-2020 öncəsi ikinci yoxlama oyunu olacaq. Şənol Günəşin yetirmələri dünən ilk yoxlama oyununda Azərbaycan millisinə 2:1 qalib gəlib.