UEFA-nın Əlaqələr üzrə direktoru Filip Taunsend mətbuata açıqlamasında Türkiyə-Albaniya matçında sonuncu dəqiqələrdə Türkiyə millisinin vurduğu qoldan sonra oyunçuların azarkeşlərə verdiyi hərbi salam jestini araşdıracaqlarını bildirib.
Oxu.Az xəbər verir ki, o, həmin jesti görməsə də, provakasiya ola biləcəyini düşünür. Taunsend UEFA-nın siyasi və dini mənalı hərəkətlərə icazə vermədiyini, buna görə də həmin hərəkətin məqsədinin araşdırılacağını qeyd edib.