Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə Superliqası: "Beşiktaş" autsayderə uduzdu
Türkiyə Superliqasında 16-cı turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Beşiktaş" bu həftə Adanada yerli "Adana Demirspor"un qonağı olub.
İstanbul klubu ilk hissədə meydan sahiblərinə müqavimət göstərə bilməyərək qapısından 2 top buraxıb.
Fasilə zamanı kədərli bir hadisə yaşanıb. "Adana Dəmirspor"un futbolçusu Maestro qardaşının vəfat etməsi xəbərini alıb. Buna baxmayaraq, 21 yaşlı anqolalı futbolçu "Komandamı tək qoymayacağam", - deyərək ikinci hissədə də meydana çıxıb.
İkinci hissədə "qartallar" qollardan birinin əvəzini çıxasalar da, azlıqda qalıblar. Lakin tərəflərdən birinin say üstünlüyü matçın yekun hesabına təsir etməyib - 2:1. Bu, "Adana Dəmirspor"un cari mövsümdəki ilk qələbəsi olub.
Beləliklə də, hazırda "Beşiktaş" aktivindəki 25 xalla turnir cədvəlində 6-cı sırada qərarlaşıb. Adana klubu isə cəmi 5 xalla sonuncu - 19-cu yeri tutur.
"Beşiktaş FK" teqi üzrə xəbərlər
- Bu gün keçiriləcək futbol oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Avropa Liqası: VI tura 17 görüşlə yekun vurulacaq
- Türkiyə Superliqası: "Beşiktaş" - "Fənərbağça" derbisinin taleyini bir qol həll etdi
- Türkiyə Futbol Federasiyası "əsgər salamı"na görə UEFA-ya şikayət etdi
- "Beşiktaş" - "Fənərbağça" görüşünün baş hakimi bəlli olub
Rəylər