Türkiyə Superliqasının 30-cu turu çərçivəsində "Fənərbağça" evdə "Çaykur Rizespor"u qəbul edib.
Oxu.Az xəbər verir ki, görüş qollu heç-heçə ilə yekunlaşıb - 2:2.
İstanbul təmsilçisi 90+8-ci dəqiqədə buraxdığı qolla vacib iki xal itirib.
Bu nəticə ilə "Fənərbağça" xal ehtiyatını 67-yə yüksəldib və turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
29 oyun keçirmiş "Qalatasaray" 68 xalla liderliyini davam etdirir. Eyni sayda matç keçirmiş "Trabzonspor" 64 xalla 3-cü yerdədir.