Türkiyə Superliqasında 31-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış oyununda lider "Qalatasaray" səfərdə "Samsunspor"la qarşılaşıb.
Matç qonaqların üstünlüyü şəraitində keçib. "Cim-bom" meydan sahiblərinin qapısından 2 cavabsız top keçirərək 3 xalı aktivinə yazdırıb.
Hazırda Okan Burukun yetirmələri 74 xalla yarış cədvəlinin zirvəsindədirlər. Samsun təmsilçisi isə 51 xalla ilk 3-lüyü qapayır.