Türkiyə Superliqasının 17-ci turunda çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Kasımpaşa"nı sınağa çəkib.
Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar" ilin son matçında azarkeşlərini sevindiriblər.
Akgün (10), Sara (82) və İkardinin (88) qolları ilə meydan sahibləri 3:0 qələbə qazanıblar.
Hazırda Okan Burukun yetirmələri 42 xalla turnir cədvəlinə liderlik edirlər. "Cim-bom" ən yaxın izləyicisi "Fənərbağça"nı 3 xal qabaqlayır. "Kasımpaşa"ya gəlincə, klub 15 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.