Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Superliqası: "Beşiktaş" yeni ilə bir xalla başladı
Türkiyə Superliqasının 18-ci turunda "Beşiktaş" səfərdə "Çaykur Rizespor"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matçda qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1.
Maraqlıdır ki, oyunda hər iki qolu "qartallar" vurub.
Fernandeş 38-ci dəqiqədə avtoqolla yadda qalıb. 45+3-cü dəqiqədə isə Muçi hesabı bərabərləşdirib.
Hazırda "Beşiktaş" 27 xalla yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. "Çaykur Rizespor" isə 21 xalla 11-cidir.
Bu gün Türkiyə Superliqasında XVIII tura iki görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Alanyaspor" "Konyaspor"la, "Rizespor" isə "Beşiktaş"la üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, turun digər görüşləri yanvar ayının 4-də və 5-də keçiriləcək.