Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə Superliqasında legioner futbolçu limiti yenidən dəyişdirildi
Türkiyə Superliqasında və I Liqasında legioner limiti növbəti dəfə dəyişdirilib.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, klublar 2025-26 mövsümündən gənc əcnəbi də transfer etməli olacaqlar.
Türkiyə Futbol Federasiyası azərbaycanlı futbolçularla bağlı da qərar verib. Belə ki, qərara əsasən, 01.01.2005-ci il və ya daha sonrakı tarixdə anadan olmaq şərti ilə 15 yaşından etibarən fasiləli və ya fasiləsiz olaraq ən azı 3 mövsüm və ya 36 ay müddətində klubda qeydiyyatda olmuş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan peşəkar futbolçular Superliqada çıxış edən həmin komandaların iştirak ərizəsinə salına bilərlər.
Bundan başqa, həm Superliqa, həm də I Liqada 2023-24 mövsümündən çıxış etmiş azərbaycanlı, qazaxıstanlı, qırğızıstanlı, özbəkistanlı və türkmənistanlı futbolçular müqavilələrinin sonuna qədər yerli statusda çıxışlarını davam etdirmək hüququna malikdirlər.
"Türkiyə Superliqası" teqi üzrə xəbərlər
- Sergen Yalçın baş məşqçiliyə başladığı kluba QAYIDIR
- Türkiyə Superliqası: "Beşiktaş" mövsümə darmadağınla yekun vurdu
- Türkiyə Superliqası: "Qalatasaray" mövsümü qələbə ilə başa vurdu
- Türkiyə Super Liqasına yüksələn son komandanın adı məlum olub
- "Trabzonspor"un sponsoru olan şirkət barəsində cinayət işi açıldı - 13 nəfər saxlanılıb