Türkiyə Superliqasını tərk edəcək növbəti komandanın adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, mövsümün bitməsinə iki tur qalmış "Sivasspor"un elitanı tərk edəcəyi dəqiqləşib.
Rıza Çalımbayın rəhbərlik etdiyi kollektiv 36-cı turda səfərdə "Samsunspor"a 0:1 hesabı ilə məğlub olub. Sivas təmsilçisinin düşmə zonasının üzərində yer alan "Alanyaspor"a çatmaq ehtimalı yoxdur.
"Sivasspor"dan başqa "Adana Dəmirspor" və "Hatayspor"un da aşağı liqaya düşəcəyi əvvəlki turlarda dəqiqləşib. Superliqanı tərk edəcək 4-cü komanda olmamaq üçün "Bodrum"la "Alanyaspor" arasında mübarizə gedəcək.