Türkiyənin futbol üzrə milli çempionatının üçüncü divizionunda “Amedspor” və “Sakaryaspor” klubları arasında keçirilən matç az qala faciə ilə nəticələnib. Belə ki, oyunçulardan biri meydana ülgüclə daxil olub.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Amedspor”un futbolçusu Mənsur Çalar iti ülgücü qolunda gizlədib və rəqib futbolçuların əlini sıxdıqdan dərhal sonra onlara kəsici vasitə ilə hücum etməyə başlayıb.
Sosial şəbəkədə yayılmış görüntüdə Çaların ovcunun içi ilə futbolçulara zərbələr endirdiyini görmək olur. “Sakaryaspor”un futbolçuları kəsici yaraları dərhal aşkarlamayıb. Onlar yalnız futbol matçından sonra həmin yaraların fotoşəkillərini paylaşıb.
“Amedspor” rəhbərliyi öz futbolçusunun tərəfini tutaraq, M.Çalar haqqında “qara yaxan” hər kəsi pisləyib.