Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Akpınar futboldan uzaqlaşdırılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PDFK) məlumat yayıb.
Bildirilib ki, adları mərc oyunlarında hallanan hər iki futbolçu 45 gün müddətinə futboldan diskvalifikasiya edilib.
Qeyd edək ki, Murat Cem Akpınar "Ərzurumspor" klubunun, Emre Kaplan isə "Ümraniyespor" klubunun formasını geyinirlər.
Xatırladaq ki, Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində çıxış ediblər.
Azərbaycan millisinin də formasını geyinmiş Mert Çelik futboldan kənarlaşdırılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, buna səbəb futbolçunun mərc oyunları ilə bağlı fəaliyyəti olub.
25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Qeyd edək ki, vaxtilə Azərbaycanda "Neftçi" və "Səbail" klublarında çıxış edən "Sivasspor"un müdafiəçisi Azərbaycanın U-21 komandasında dörd, əsas milli komandada isə bir oyuna çıxıb.
