Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunun istehsalat bölmələrindən birində yanğın baş verib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğına avadanlıqların təzyiqinin azalması səbəb olub.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb, xəsarət alan yoxdur.