Yunanıstan Futbol Federasiyası Superliqanın dördüncü həftəsində baş tutacaq AEK - "Olimpiakos" matçına türkiyəli referi Halil Umut Meleri təyin edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Yunanıstan Futbol Federasiyası dördüncü həftədə keçiriləcək matçlar üçün hakim heyətlərini açıqlayıb.
Bildirilib ki, AEK - "Olimpiakos" matçını Halil Umut Meler idarə edəcək.
Halil Umut Melerin köməkçiləri İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara, matçın dördüncü hakimi isə Onur Özütoprak olacaq.