Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları tələblərə uyğun olmalıdır
İstilik qurğularının, şəbəkələrin, istilik istehlakı qurğularının istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, istilik təchizatı subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına riayət etməli, inşa olunan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidirlər.
İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları, habelə istilik istehlakı qurğuları texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında şəbəkənin mühafizə zonaları müəyyənləşdiriləcək.
Şəbəkənin mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.
Şəbəkənin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Mərahim Nəsib
"Mərkəzləşdirilmiş istilik sistemi" teqi üzrə xəbərlər
- "İstilik təchizatı haqqında" qanun layihəsində təsbit edilən əsas anlayışlar müəyyənləşib
- Azərbaycanın istilik təchizatı sektorunda tənzimləyicinin vəzifələri açıqlanıb
- İstilik təchizatı sektorunda qiymətlər sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır
- İstilik təchizatı xidməti üzrə tariflər dəyişdi
- Paytaxtda bir neçə binanın istilik təchizatı kəsilib: Bir qurum digərindən cavab gözləyir