“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasın fınalında “Mançester Siti” üzərindəki qələbədən sonra “zadəganlar”ın sahibi Roman Abramoviçlə ilk görüşü barədə danışıb.
“Biz onunla meydançada danışdıq. İlk görüş üçün bundan yaxşı anı düşünmək çətindir. Çünki daha bundan yaxşısı olmayacaq. Biz yenə də söhbət edəcəyik. Mən onu əmin edəcəyəm ki, qələbə yanğımız hələ keçməyib.
Mən acam, ambisiyalı klubda çalışıram və məni futbol fəlsəfəmi tam olaraq dəstəkləyən güclü bir kollektiv əhatə edir. Hədəf müəyyən olunub. Şənliklər bitdikdən və baş verənləri həzm etdikdən sonra inkişaf etmək, daha yaxşı olmaq vaxtı gələcək.
Bu, çox vacibdir. Bir neçə gün, bir həftə bayram edəcəyik. Amma bir müddət sonra bu, öz mənasını itirəcək və mən yeni mükafat qazanmaq istəyəcəyəm”, - deyə Tuxel bildirib.