PSJ-dən istefaya göndərilən almaniyalı baş məşqçinin işləmək istədiyi ölkə bilinib.
Jurnalist Kristian Falk öz “Twitter” hesabında alman mütəxəssisin İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini bildirib:
“O, “Arsenal” və “Mançester Yunayted”də işləmək istəyir”.
Qeyd edək ki, hazırda “Arsenal” baş məşqçi Mikel Arteta ilə Premyer Liqada uğursuz qrafik cızır.
Səbuhi Musayev