Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tyaqo Alkantara bir ay çalışdıqdan sonra "Barselona"nı tərk edib
"Barselona"nın sabiq futbolçusu Tyaqo Alkantara klubun məşqçilər korpusunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi saytda məlumat yayıb.
Tyaqo Hans Flikin qərargahında cəmi bir ay işləyib. Onun təyinatı iyulun 17-də elan edilib. Alkantaranın əsas komandanın məşqçilər korpusunda yerini indiyədək "Barselona"nın U-16 komandasının çalışdırıcısı olmuş Arnau Blanko tutacaq.
Qeyd edək ki, İspaniya millisinin sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara 2024-cü il iyulun 8-də futbolçu karyerasını başa vurduğunu elan edib.
"Barselona FK" teqi üzrə xəbərlər
- Lamin Yamal üçün yeni müqavilə və əfsanəvi nömrə hazırlanıb
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən klublar bəlli oldu
- İspaniya La Liqası: "Real Madrid"dən qələbə, "Barselona" uduzdu
- "Barselona"nın rəhbəri Lamin Yamalla bağlı mühüm açıqlama verdi
- Neymar karyerasını harada başa vuracaq?
Ən çox oxunanlar