Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - 16.08.2024-ün FAKTİKİ HAVASI
Avqustun 16-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 16:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Göyçay, Zərdab, İmişli, Sabirabad, Lənkəran, Xaltan, Qusar, Şahdağ, Oğuz, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 16-sı saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfərxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, Şirvan, Lənkəran, Astara, Qrız, Xaltan, Neftçala, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.
Rəylər