Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Parlament seçkisində "exit poll" keçirmək üçün daha bir təşkilat MSK-ya müraciət ünvanlayıb
"Milli Məclisə növbədənkənar seçki ilə bağlı "exit poll" keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib".
Oxu.Az xəbər verir ki, bunu MSK-nın bugünkü iclasında qurumun sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, mərkəz 75 seçki dairəsinin 750 seçki məntəqəsində "exit poll" keçirmək üçün müraciət edib.
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ORACLE ADVISORY GROUP" - Amerika Birləşmiş Ştatları) və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi (SWG S.P.A Tədqiqatlar Şirkəti ilə birgə) "exit poll" keçirmək üçün MSK-ya müraciət edib.
Mərahim Nəsib