Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, millimizin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.
Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.
Qeyd edək ki, sabah yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Millimiz Avropa çempionatını 13 medalla başa vurdu
- Avropa çempionumuz: "Başa düşürdüm ki, nə olursa-olsun, finalda qalib gəlməliyəm"
- Avropa çempionatı: Dörd boksçumuz finala yüksəlib
- Boksçumuz Abbasqulu Şadlinski beynəlxalq turnirdə qızıl medal qazandı
- Avropa birinciliyi: Beş boksçumuz yarımfinala yüksəlib
Ən çox oxunanlar